Ermənistanı fasiləsiz elektrik enerjisi ilə təmin edən "Ermənistanın Elektrik Şəbəkəsi" QSC-nin borcu 250 mln.ABŞ dolları qədər yüksəlib. Yerli "Joxovurd" qəzetinin yazdığına görə, şirkətin rusiyalı səhmdarları vəziyyətin son dərəcə kritik hal aldığını bildirirlər. Şirkətin icraçı direktoru Yevgeni Bibin ona məxsus olan "İnter RAO" şirkətinin monitorinq qrupunun "Ermənistanın Elektrik Şəbəkəsi" QSC-də yoxlamalara başladığını elan edib. Məqsəd Ermənistan ərazisində elektrik enerjisinə görə yaranmış borcun mənbəyini araşdırmaq, yeyinti hallarının qarşısını almaqdır.
Məlumatda o da bildirilir ki, rusiyalı səhmdarlar ölkədə elektrik enerjisinə görə yaranmış borcu birbaş Ermənistan prezidenti Serj Sarkisyanın imzası ilə təsdiq etməyə hazırlaşırlar. Bu halda borcun hissələrlə Rusiya tərəfinə ödənilməsi üçün Ermənistan Respublikası öhdəçilik götürmüş olacaq. Şübhəsiz ki, Serj Sarkisyan bu tələbi geri çevirməyə cürət etməyəcək. Beləliklə, onsuz da iqtisadiyyatı tamamilə Rusiyadan asılı vəziyyətdə olan Ermənistanın borcu daha 250 mln.dollar artmış olacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































