Azərbaycan Beynəlxalq Diaspor Mərkəzi, Türkiyənin Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin və Qarabağ Azadlıq Təşkilatının Türkiyə Təmsilçiliyinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Ankaradakı ofisi qarşısında Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı etiraz aksiyası keçirilib.
Aksiyada bir çox tanınmış şəxslər, o cümlədən CHP-dən olan millət vəkilləri Ali Özgündüz, Mustafa Balbay iştirak və çıxış ediblər. Qarabağ Azadlıq Təşkilatı (QAT) Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayevə istinadən maraqlı bir xəbər yayıb. Bildirilir ki, adıçəkilən millət vəkilləri aksiyadan sonra parlamentin iclasında girovlarla bağlı məsələni qaldırıblar.
İclasın gedişində məsələ ətrafında digər millər vəkillərinin də iştirakı ilə müzakirə açılıb. Sonda girovların azadlığa çıxarılması üçün fəaliyyət göstərilməsi təklifi ilə Türkiyə Xarici işlər Nazirliyinə müraciət olunub.
Qeyd edək ki, bir müddət öncə "Yeni Müsavat"a müsahibəsində MHP-li millət vəkili Atilla Kaya da kəlbəcərli girovların məsələsini parlamentdə qaldıracağı və hökumətə müraciət edəcəyini demişdi.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





.jpg)





























.jpg)
.jpg)










.jpg)







