Milli Qəhrəman Ramiz Qəmbərov haqqında sənədli film çəkilir

Milli Qəhrəman Ramiz Qəmbərov haqqında sənədli film çəkilir

Mədəniyyət və Turizm Nazirliyinin "Yaddaş" sənədli filmlər studiyasında dövlət sifarişi ilə "Şuşalı şəhid" sənədli filmi istehsal olunur. Nazirlikdən verilən məlumata görə, "Milli Qəhrəmanlar" silsiləsindən indiyədək iyirmi sənədli film çəkilib, on beş film isə hazırda istehsalın müxtəlif mərhələsindədir. " Şuşalı şəhid" Qarabağ müharibəsində Şuşa şəhər özünümüdafiə taborunun komandiri olan Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun həyatından və keçdiyi döyüş yolundan bəhs edir.

Ekran əsərinin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir.

R.Qəmbərovla bağlı xronikal kadrların da yer aldığı filmdə döyüş yoldaşları və müəllimləri qəhrəman haqqında xatirələrini bölüşür, onun göstərdiyi şücaətlərdən söhbət açırlar.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az