"Kəlbəcər girovları ilə yenidən görüş keçiriləcək"
Bunu azvision.az-a açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Onun sözlərinə görə, BQXK öz mandatına uyğun olaraq onlara yenidən baş çəkəcək: "Hər zaman olduğu kimi bu dəfə də görüş baş tutduqdan sonra ictimaiyyətə məlumat veriləcək. Onlarla sonuncu dəfə dekabr ayının 9-da görüş keçirilib".
Girov ailələrinin Komitədən narazı olmasına gəlincə, BQXK-nın rəsmisi bildirib ki, saxlanılan şəxslərin ailə üzvləri ilə mütəmadi əlaqə saxlayırlar: "Bizim komitə uyğun məlumat olan kimi dərhal onların ailə üzvləri ilə əlaqə saxlayır".
Xatırladaq ki, ötən il dekabr ayının 29-u Xankəndidə azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun sonuncu "məhkəməsi" keçirilib. "Məhkəmə"də hakim Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.
Girovlarımızın Şuşa həbsxanasında saxlanıldığı deyilir.
Onu da qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev bu ilin iyul ayında Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































