"Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə növbəti itki verməsi, guya ermənilərin azərbaycanlı meyitinin çıxarılmasına şərait yaratması, eləcə də erməni çobanın Azərbaycan hərbiçiləri tərəfindən öldürülməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatlar tamamilə yalan və uydurmadır".
Bu barədə Apa -nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Müdafiə Nazirliyi Ermənistan tərəfinin təxribat xarakterli bu kimi məlumatlarla yerli və beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərdiyini bəyan edib. Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə atışma zamanı guya itki verməsi barədə yaydıqları məlumatlar tamamilə yalandır.
"Azərbaycan Silahlı Qüvvələri nəinki məlumatlarda adı çəkilən istiqamətlərdə, ümumiyyətlə, heç bir itki verməyiblər. Onların özlərini humanist göstərərək guya Azərbaycan hərbçisinin meyitinin götürülməsinə şərait yaratdıqları haqqında car çəkmələri isə artıq bütün hədd-hüdudu aşmaq deməkdir. Silahlı Qüvvələrimiz cəbhə boyu bütün əməliyyat şəraitinə tam nəzarət edir", - deyə Nazirliyin mətbuat xidməti bildirib.
Müdafiə Nazirliyi erməni çobanın öldürülməsi xəbərinə də münasibət bildirib: "Erməni çoban sərhəd bölgəsində nə gəzirdi? Onun orada nə işi vardı? Bu anlaşılmazdır. Sual doğur, Ermənistan silahlı bölmələrinin içində olan çobanı kim vurub? Necə vurulub? Əslində ermənilər özləri ona atəş açıb öldürüb, sonra da Azərbaycan tərəfinin üstünə atırlar. İkincisi, onlar 80 yaşlı çobanın qarşılıqlı atışma zamanı öldüyünü bildirirlər. Belə çıxır ki, ermənilər artıq səngərdə durmağa adam tapmır, ahılları orduya cəlb edirlər".
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































