Aprel ayında Türkiyədə I Dünya Müharibəsinin ən qanlı döyüşlərindən biri olan Çanaqqala savaşının 100 illiyi ilə bağlı genişmiqyaslı tədbirlərə start veriləcək.
Apa-nın Türkiyə MN-nə istinadən verdiyi məlumata görə, avqust ayınadək davam edəcək 100 illik anım tədbirlərinin açılışı prezident Rəcəp Tayyip Ərdoğanın himayəsində gerçəkləşəcək. Anım tədbirinə müharibədə iştirak etmiş 39 ölkənin xarici işlər, müdafiə nazirləri, baş nazirləri və prezidentləri dəvət olunub.
Builki tədbir ilk dəfə olaraq 57-ci alayın anılması ilə başlayacaq. İlk dəfə olaraq Çanaqqalada Avstraliya və Yeni Zelandiyadan olan qonaqlar üçün iki dəfə anım tədbiri düzənlənəcək. Adıçəkilən ölkələrdən baş nazir və dövlət başçıları ilə yanaşı, 10500 nəfər 24-25 aprel tarixlərində keçiriləcək anım tədbirlərini izləmək üçün Çanaqqalaya gələcək.
Tədbirə Azərbaycandan üst səviyyədə nümayəndə heyətlərinin qatılması gözlənilir. Tədbirdə Azərbaycanın müdafiə nazirinin rəhbərliyi altında geniş nümayəndə heyətinin iştirakı gözlənilir. Həmçinin anım tədbirləri çərçivəsində keçiriləcək konfranslarda Azərbaycandan da tarixçilər iştirak edəcəklər.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





.jpg)





























.jpg)
.jpg)










.jpg)







