Azərbaycan Hərb Tarixi Muzeyində Avropa müqavimət hərəkatının iştirakçısı Cavad Ataxəlil oğlu Həkimlinin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbiri açaraq qeyd edib ki, Azərbaycan xalqının qəhrəman övladı, Avropa müqavimət hərəkatının əfsanəvi iştirakçılarından biri olan Cavad Həkimlinin qəhrəmanlıqla dolu həyat yolu Vətənimizin hər bir vətəndaşı üçün nümunədir.
Cavad Həkimli Vətəndən uzaqlarda – İtaliya və Yuqoslaviyada partizan hərəkatında faşizmə qarşı mübarizədə cəsarətlə iştirak edərək xalqımızın adını dünya antifaşist hərəkatının şərafət və fəxarət səhifələrinə yazıb. Onun adı, həmçinin əfsanəvi partizan Mehdi Hüseynzadənin komandiri kimi hərb tariximizin qızıl səhifələrinə həkk olunub.
Cavad Həkimlinin Böyük Vətən müharibəsində İtaliya və Yuqoslaviyada əsirlərin faşist hərbi dəstələri ilə mübarizəsində göstərdiyi böyük rəşadət və mahir təşkilatçılıq nümunələri danılmaz həqiqətdir.
Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissələrin, Hərbi Akademiyanın, veteran şuralarının, şəhər muzeylərinin nümayəndələri, həmçinin Cavad Həkimlinin yaxın qohumları və digər təşkilatların əməkdaşları iştirak ediblər.
Tədbirdə muzeyin baş elmi işçisi Nuru Məmmədovun, elmi işçi Nuranə Nəcəfovanın, Cavad Həkimlinin yaxın qohumlarının və digər iştirakçıların məruzələri dinlənib.
Sonda Cavad Həkimlinin döyüş yoluna həsr edilən sənədli film nümayiş olunub.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































