İranın “İran Air” hava şirkətinə məxsus təyyarələr Rusiyaya naməlum yük daşıyır.
Mediainfo.az xəbər verir ki, bu barədə “Lenta.ru”da yayılan məlumatda deyilir.
Bildirilib ki, İran dövlət aviaşirkətinə məxsus “Boeing 747-21AC” yük təyyarrəsi Moskvaya Şeremetevo hava limanına və geri - İslam Respublikasına yük daşıyıb. Bu istiqamətdə hərəkət sentyabrın 4-5-də müşahidə edilib. Təyyarədəki yüklərin mənşəyi məlum deyil.
Qeyd edək ki, İran hərbi dronlarının Rusiyaya çatdırılması ilə bağlı xəbərlər bu ilin iyul ayında yayılmışdı.
Rusiya İrandan hansı PUA-ları alır? BBC-nin məlumatına əsasən, bura birinci sinfə aid taktiki dronlar, kvadrokopterlər və təyyarələr, ikinci və üçüncü sinfə aid uçuş hündürlüyündən asılı olaraq "uzun uçuş müddətli" kimi təsnif edilən orta və ağır PUA-lar daxildir (MALE UAV və HALE UAV).
Rusiyaya verilən “Mohajer-6” PUA-ları təsnifata görə ikinci sinfə aiddir. Məlumata görə, iranlılar hələ 1990-cı illərin sonlarında onlardan Əfqanıstanda istifadə ediblər.
Ümumi adına baxmayaraq, "Şahed-129" və "Şahed-191" çox fərqli PUA-lardır. Onlar Qərb istehsalının prototiplərindən fərqlidir. Belə hesab edilir ki, “Şahed-129” İran mühəndislərinin əlinə keçən İsrailin “Hermes 450” dronu əsasında yaradılıb. “Şahed-191” isə ABŞ-ın “Q-170 Sentinel” dronuna əsaslanır
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















