Xalq artisti Tariyel Qasımov boşandığını etiraf edib.
Mediainfo.az Axşam.az-a istinadla xəbər verir ki, "Onun sirri" proqramında qonaq olan aktyor ailə həyatının 40 il davam etdiyini söyləyib.
O bildirib ki, boşanmasına səbəb xanımının söydüyü söyüş olub:
"Şahmar Ələkbərovun anası mənə elçi getmişdi. 25 yaşında sevdim evləndim. 5-6 ildir boşanmışıq. Həyat yoldaşının ərinə deyə bilməyəcəyi söz deyib. Söyüş söyüb, mən də qəbul etməmişəm. Məhkəməyə dedim ki, möhtərəm hakim, biz müsəlmanlar xanımını ancaq namus üstə boşaya bilərik. Mən isə bu xanımı bir söz üstündə boşayıram. Hakim qadın idi, sual verdi ki, böyük, məşhur sənətkarı necə əldən verdiniz? Dedi ki, biz universitetdə oxuyanda beş qız Tariyel Qasımovu sevirdik. Xanımım mənə məhkəmədə şər atdı. Dedi ki, guya demişəm, Prezident ev verib, gedirəm orada yaşayım. Guya mən başqa qadınla yaşamışam. Yoldaşımı sevib almışdım, ona xəyanət etməzdim. O boyda uşaqlar ola-ola ayrıldıq, ürəyim yandı. Amma o sözü qəbul edə bilmədim".
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































