Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən beş ay sonra Moldova rus hərbçilərinin onun ərazisinə daxil olmasına icazə verməyib.
Mediainfo.az xəbər verir ki, bunu Moldova Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Vode deyib.
“Rusiya sülhməramlı kontingentinin tərkibində hərbi qulluqçuların rotasiyası risklərin qarşısını almaq və kontingentin şəxsi heyətinin koordinasiyalı şəkildə hərəkətini təmin etmək üçün yaradılmış mexanizm əsasında həyata keçirilir”, - deyə o qeyd edib. Söhbət Dnestryanıda yerləşən əməliyyat qrupundan (OGRO) gedir.
“Rusiya qoşunlarının qondarma əməliyyat qrupu - ölkəmizin ərazisində neytrallıq statusunu pozan qeyri-qanuni birləşmənin zabitləri Moldova ərazisinə buraxılmayıb. Bu kontekstdə Xarici İşlər Nazirliyi və Moldova hakimiyyətinin Rusiya qoşunlarının və ehtiyatda olan sursatların ölkəmizdən qeyd-şərtsiz çıxarılması prosesinin bərpa olunmasının zəruriliyi ilə bağlı mövqeyini bir daha təkrarlayır”, - deyə sözçü əlavə qeyd edib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































