Ukrayna Silahlı Qüvvələri iyunun 18-də cənub cəbhəsində 4 hava hücumu həyata keçirib. Ukrayna hərbçiləri üç helikopterlə Xerson vilayətində işğalçıların cəmləşdiyi yerə zərbələr endiriblər.
Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” operativ komandanlığı feysbukda məlumat yayıb.
Bildirilib ki, Ukrayna hərbçiləri Xerson vilayətinin Davıdov Brod və Nikolayev vilayətinin Snegirevka ərazilərində Rusiya qoşunlarının canlı qüvvə və texnikasının toplandığı əraziyə qırıcı təyyarələrlə hücum edib, həmçinin Xerson vilayətinin Belozerske icması ərazisində qarşı tərəfin döyüş sursatına aviazərbələr endirib.
Ukrayna Ordusu iyunun 18-də cənub cəbhəsində 28 Rusiya hərbçisini, 1 T-62 tankını, radiolokasiya stansiyasını, bir yanacaqdaşıyan maşını və digər texnikanı məhv edib.
Qeyd edək ki, mərkəzi şəhəri daxil olmaqla böyük hissəsi Rusiya qüvvələrinin işğalı altında olan Xerson vilayətində vəziyyət ağır olaraq qalır. İşğalçı qüvvələr nəzarət etdikləri əraziyə humanitar yardımın göndərilməsini əngəlləyir, Ukrayna Ordusunun vilayətdə azad etdiyi yaşayış məntəqələrini müntəzəm olaraq atəşə tutur.
Son həftələrdə Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində əks-hücuma başlayıb. Onlar vilayətin bir sıra ərazilərini işğaldan azad edərək Xerson şəhərinə yaxınlaşıblar. Hazırda bölgədə şiddətli döyüşlər davam edir.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















