“Müharibədən sonra Ukraynanın bərpası üçün ən azı 600 milyard dollar lazımdır”.
Mediainfo.az xəbər verir ki, Ukrayna hökumət portalının məlumatına görə, bunu baş nazir Denis Şmıqal Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun birgə təşkil etdiyi “2022 Yaz Görüşləri”ndə deyib.
Şmıqal beynəlxalq tərəfdaşlara Rusiyanın Ukraynanı və Ukrayna iqtisadiyyatını məhv etmək planlarından danışıb və Kiyevi təcili qısamüddətli maliyyə ilə təmin etməyə çağırıb.
“Limanlar bağlanıb, bitkilərin əkini dayandırılıb, əkin sahələri məhv edilib, şəhərlər dağıdılıb. Bütün bunlar Ukrayna iqtisadiyyatını məhv etmək planının bir hissəsidir. Artıq itkilər 500 milyard dollardan çoxdur. Biz hesab edirik ki, belə qısamüddətli yardımın məbləği növbəti altı ay ərzində ayda 4-5 milyard dollar təşkil etməlidir”, - deyə Ukraynanın baş naziri bildirib.
Onun sözlərinə görə, belə dəstəyin vasitələrindən biri də BVF tərəfindən verilən xüsusi borclanma hüququ (SDR) ola bilər. Hökumət beynəlxalq tərəfdaşları öz SDR-lərinin 10%-ni Ukraynaya verməyə çağırır ki, bu da büdcə kəsirini ödəmək üçün milyardlarla dollar deməkdir. Bu günə qədər Kanada hökuməti SDR-də 1 milyard Kanada dolları ayırmaq qərarına gəlib.
Şmıqal müharibədən sonra Ukraynanın bərpası planı üzərində işlərin başlanmasından da danışıb: “Uzunmüddətli perspektivdə Ukraynanın yenidən qurulması ən azı 600 milyard dollara başa gələcək. Belə yenidənqurma təkcə infrastrukturun bərpasını deyil, həm də yeni iqtisadiyyatın və yeni Avropa institutlarının inkişafını əhatə edəcək”, - baş nazir bildirib.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































