Azərbaycanlı iş adamı və Voronejdəki Azərbaycan diasporunun lideri Yusif Xəlilovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti oktyabrın 13-də uzadılıb.
Oxuməni.az “Publika.az”a istinadla xəbər verir ki, Rusiya mətbuatının məhkəmə materiallarına istinadən verdiyi məlumata görə, o, ən azı dekabrın 15-dək həbsdə qalacaq. Məhkəmə həmçinin aydınlaşdırıb ki, iş adamının taleyi ilə bağlı əlavə məlumat yoxdur.
"Onu (Xəlilovu) nə gözləyir? Bizdə belə bir məlumat yoxdur", - deyə məhkəmə şərh edib.
Daha əvvəl iş adamının azadlığa buraxılması barədə məlumat verilmişdi. Lakin Leninski Rayon Məhkəməsi onun həbsdən azad olunmasını nə rəsmi təsdiq, nə də təkzib edib.
Yusif Xəlilov avqust ayında külli miqdarda rüşvət alma ittihamı ilə (Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsi) həbs edilib və onun biznesləri, o cümlədən Alekseyevski bazarı dəfələrlə hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub.
Azerbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











