Azərbaycan Uqanda və Somali ilə diplomatik pasport sahibləri üçün vizasız rejim barədə razılıq əldə edib

Azərbaycan Uqanda və Somali ilə diplomatik pasport sahibləri üçün vizasız rejim barədə razılıq əldə edib

Azərbaycan Hökuməti Uqanda və Somali ilə diplomatik pasport sahibləri üçün vizasız rejim barədə razılıq əldə edib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 15-16-da Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) 19-cu Nazirlər İclası çərçivəsində keçirilən ikitərəfli görüşlər zamanı Azərbaycan və Uqanda hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri, həmçinin Azərbaycan və Somali hökumətləri arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər imzalanıb.

Bu sənədlər Azərbaycanın Afrika ölkələri ilə ikitərəfli münasibətlərinin genişləndirilməsinə, qarşılıqlı səfərlərinin asanlaşdırılmasına və diplomatik əlaqələrin daha da inkişafına xidmət edəcək.

Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2025.10.19

2025.10.18

2025.10.17

2025.10.16

2025.10.15

2025.10.14

2025.10.13

2025.10.12

2025.10.11

2025.10.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2025 © Azerbaycanpolisi.az