Ağdərənin Ballıqaya kəndi ərazisində axtarışlar zamanı 10 və daha artıq şəxsə aid olunan qalıqlar aşkar edilib.
Bunu Ağdərədə jurnalistlərə müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib.
Z.İsmayılov bildirib ki, insan qalıqlarının aşkar edildiyi yerlər əlverişli döyüş mövqeyi olub: “Buradan Ballıqaya, Sırxavənd, Bəşirlər və Narışlar kəndlərini nəzarətdə saxlamaq olur. Birinci Qarabağ müharibəsi dövründə bu ərazilərdə qızğın döyüşlər gedib. Şahidlərin ifadələrinə görə, 1993-cü ilin yanvar ayında Azərbaycan Ordusunun bir bölməsinin hərbçiləri mühasirəyə düşərək həlak olublar. Axtarışlar zamanı burada 10 və daha artıq insana məxsus qalıqlar aşkarlanıb. Bu, ilkin vəziyyətdir. Burada işlər davam etdiriləcək, ərazi daha geniş axtarılacaq. Qalıqlar götürüləndən sonra alt hissə bir də yoxlanılacaq. İstisna olunmur ki, bu say artsın”.
Azərbaycanpolisi.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



































.jpg)













