Azərbaycan Dövlət İqtisad Universitetinin Rəqəmsal İqtisadiyyat fakültəsinin informasiya təhlükəsizliyi üzrə ixtisaslaşan tələbəsi Ariz Məhərrəmli NASA-nın rəsmi saytında (landsat.gsfc.nasa.gov) ciddi boşluq aşkarlayıb.
1news.az bu barədə UNEC-ə istinadən xəbər verir.
Məhərrəmli Inspiro Theme adlı platformada kritik CSRF (Cross-Site Request Forgery, Saytlararası Sorğu Saxtakarlığı) zəifliyini müəyyən edib. Azərbaycanlı tələbə tərəfindən aşkar edilən boşluq icazəsiz şəxslərə autentifikasiya olmadan vebsaytda manipulyasiya etməyə və zərərli əlavələr quraşdırmağa imkan verə bilərdi.
UNEC tələbəsi NASA təhlükəsizlik qrupuna zəiflik barədə məlumat verib. Məlumatı aldıqdan sonra NASA sorğunu qeydə alıb və tələbəyə işinə görə təşəkkür edib.
*NASA - Milli Aeronavtika və Kosmos İdarəsi - Birləşmiş Ştatların federal hökumətinin müstəqil agentliyidir və birbaşa ABŞ Prezidentinə tabedir.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











