Ermənistanın Baş naziri Nikol Paşinyanın 13 yaşında Qarabağla bağlı yazdığı şeir yayılıb.
Globalinfo.az xəbər verir ki, Ermənistan KİV onun hələ 13 yaşında olarkən keçmiş qondarma rejimin adı (“artsax”) ilə Qarabağa həsr etdiyi və azərbaycanlılara müraciətlə yazılan şeirini gündəmə gətirib.
Şeirin tərcüməsini təqdim edirik:
Bəli, bu günəşin altında bəsləndim,
Bu isti günəşin altında böyüdüm
Bir döyüşçü və adam oldum.
Siz o torpaqlara Qarabağ deyirsiniz,
Biz ermənilər isə “artsax” deyirik.
Bunu deyərkən oğru kimi danışırsınız
Amma biz ermənilər cəsarətli və qorxusuzuq.
Biz dürüst şəkildə tələbimizi açıqladıq
Hətta buna sübut da göstərdik.
Əgər təklifimizi bu qədər əsalətli olmasaydı,
O zaman Araz çayı özünə yeni yol axtarardı.
Bəli, Masisdəki qarlar əriyəcək,
Sevan gölü (Göyçə-red.) duzlu olacaq.
Əgər tələbimiz düz olmasaydı,
O zaman cəllad kimi hərəkət edərdik.
Bizim Qarabağda gözümüz yoxdur,
Niyə öz torpağımızda gözümüz olsun?
Sərhədimiz o qədər uzadıldı ki,
İndi Meğridəki üzümdən istəyirsiniz.
Qeyd edək ki, Nikol Paşinyan 44 günlük müharibəyə kimi Qarabağla bağlı kəskin mövqe nümayiş etdirməsinə baxmayaraq, son 5 ildə buna görə ciddi şəkildə peşman olduğunu vurğulayıb. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə Ermənistanda revanşist düşüncəni kəskin dəyişdirdi.
Azerbaycanpolisi.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



































.jpg)













