Rusiya İstintaq Komitəsi Rostov vilayətində 17 nəfərin məcburi şəkildə qul kimi işlədilməsi ilə bağlı KİV və sosial şəbəkələrdə yayılan məlumatı yoxlayır.
"Kommersant" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
Bildirilib ki, "bir neçə nəfər, o cümlədən qeyri-slavyan görünüşlü şəxslər bir evdə 17 nəfəri yerləşdiriblər. Onların arasında yaşlılar və asоsial həyat tərzi keçirənlər də olub. Sonradan həmin şəxslər insanları məcburi şəkildə işləməyə, o cümlədən kənd təsərrüfatı işlərinə cəlb ediblər".
İddiaya görə, intizama əməl etməyənlər, tapşırıqları yerinə yetirməyənlər və qaçmağa cəhd edənlər fiziki zorakılığa məruz qalıb.
Məlumata görə, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin məsələni şəxsi nəzarətinə götürüb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











