Biləsuvarda qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb.
"Report"un Muğan bürosunun məlumatına görə, daxil olan vətəndaş şikayəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən, "Lalə Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi"nə məxsus "Lalə" kafesində yoxlama keçirib.
Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin döşəmə, divar, tavanın və işçi masaların asan yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma və drenaj sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafedə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











