Dünəndən etibarən Rusiya və Belarus "Qərb-2025" adlı birgə hərbi təlimlərə başlayıblar. Əsas manevrlər Belarus ərazisində keçirilir, amma təkcə orada yox.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşrinin analitiki Yulian Röpke bildirib.
Qeyd olunur ki, bu təlimlərdə ruslar və belaruslar Suvalki dəhlizinin ələ keçirilməsi əməliyyatını məşq edirlər:
“Təlimə cəlb edilən hərbçilərin nisbətən az olması – cəmi 18 200 nəfər, o cümlədən 5 500 rus əsgəri – manevrlərin təhlükəli xarakterini kölgədə qoymamalıdır. Vladimir Putin və Aleksandr Lukaşenko Qərbə qarşı birgə müharibənin üç yeni strategiyasını sınaqdan keçirirlər.
Təlimlərin mərkəzi elementi nüvə silahından istifadə imitasiyasıdır. Buraya Qərbə qarşı yeni orta mənzilli "Oreşnik" raketlərinin tətbiqi də daxildir. Bu hissə sırf psixoloji məqsəd daşıyır – Belarusun qonşularını qorxutmaq üçün nəzərdə tutulub.
Təlimlərin digər, az əhəmiyyət kəsb etməyən vəzifəsi isə rəsmi olaraq belə elan olunub: "Müdafiə döyüşü, müdafiəni yarıb keçmiş düşmənin məhv edilməsi və dövlətin ərazi bütövlüyünün bərpası üçün şəraitin yaradılması".
Röpke vurğulayıb ki, Rusiya təbliğatının iddiasına görə, bu "müdafiə əməliyyatı" Kalininqrad vilayətində və onun ətrafında keçiriləcək. Yəni həm Belarusda, həm də Baltik dənizində.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











