Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti çərçivəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan ayaqüstü söhbət edib.
Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı yazıb.
O bildirib ki, sülh gündəliyindəki irəliləyişlər, xüsusilə son Vaşinqton görüşü fonunda belə təmaslar normaldır və antisülh gündəliyini körükləyəcək fors-major situasiyalar baş verməsə, bundan sonra belə mənzərələrin daha çox şahidi olacağıq:
“Hərçənd, əsas diqqətçəkən məqam Mehriban Əliyeva ilə Anna Akopyanın ilk dəfə üz-üzə gəlməsidir. Və bu, Akopyanın vaxtilə dedikləri fonunda xüsusi maraq doğurur. 2019-cu ildə – müharibədən öncə Akoyan Mehriban Əliyevanı Qarabağa dəvət etmiş, Şuşada muğam dinləməyi və çay içməyi təklif etmişdi.
Bu, işğalçının Azərbaycana açıq ironiyası idi. 44 günlük müharibədən sonra Əliyeva Akopyanın cavabını Cıdır düzündə çay süfrəsi arxasında və muğam sədaları altında verdi. Beş il sonra baş tutan ayaqüstü görüşün fotosu – Paşinyan və Akopyanın Əliyev və Əliyeva qarşısındakı duruşu da hər şeyi ifadə edir”.
Azerbaycanpolisi.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































