Nərimanov Rayon Polis İdarəsi və ərazi üzrə 16, 17 və 18-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Tədbirlərlə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 8 nəfər - Eldar Cəfərov, Elmin Qazalıyev, Rahim Abdullayev, Vaqif Rzazadə, onunla əlbir olan Faiq Rzayev, Ramil Abbasov və tanışı Ruslan Məmmədov, eləcə də Rəhim Ağazadə saxlanılıblar. Onlardan ümumilikdə 44 kiloqram 452 qram, o cümlədən 1 kiloqram heroin, 2 kiloqrama yaxın tiryək, 1 kiloqram psixotrop maddə metamfetamin, 25 ədəd güclü təsiredici xassəyə malik metadon və digər növdən olan həblər aşkarlanıb.
Araşdırma zamanı saxlanılanların narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarının vasitəsi ilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırdıqları məlum olub. Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Bundan əlavə, Nərimanov rayonunda iyul-avqust aylarında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 43 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən isə cari il ərzində 79 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə çıxarılıb. Ölkəboyu narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar fasiləsiz davam etdirilir.
Məlumatı mia.gov.az yayıb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











