Ötən gün ərzində ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması təmin olunub
18 Avqust 2025 13:01
(0) (0)
Avqustun 17-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 25, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
Məlumatı mia.gov.az yayıb.
Azərbaycanpolisi.az