Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin məşhur "East Legened" hoteli barəsində tərtib edilmiş protokolu ləğv edilib. İşin ilginc tərəfi budur ki, agentlik protokol üzrə yazılmış cərimənin 4 il sonra ödənilməsini istəyib.
Musavat.com xəbər verir ki, agentlik hoteli 2021-ci ildə pandemiya ərəfəsində epidemiya əleyhinə rejimin qaydalarını pozduğu üçün inzibati qaydada protokol tərtib edərək 300 manat cərimələyib.
Hadisədən 4 il keçdikdən sonra agentlik hotel tərəfindən protokol üzrə cərimənin ödənilməsini istəyib. Lakin hotel məhkəməyə müraciət edərək protokolun ləğv edilməsinə nail ola bilib.
Belə ki, agentliyin 4 il sonra hotelə məktubla müraciət edərək, həmin qərarın icrasını tələb etməsini məhkəmə əsassız hesab edib. Belə ki, inzibati xətanın aşkara çıxarılmasında 4 aydan artıq müddət keçdiyi üçün inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş hesab edilib.
Qərarda göstərilib ki, bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə hotel məsuliyyətə cəlb edilə bilməz.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











