Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin xüsusi xidmət orqanları tərəfindən dindirilib.
Oxuməni.az “Bakupost”a istinadla xəbər verir ki, bu iddianı nüfuzlu "Middle East Eye" nəşri adı açıqlanmayan diplomatik mənbəyə istinadla dərc edib. Məqalənin müəllifi jurnalist Raqıp Soyludur.
Jurnalistin sözlərinə görə, Türkiyə rəsmiləri Azərbaycan ordusunda Rusiya tərəfdarı şəxslərin müəyyənləşdirilməsində iştirak ediblər.
“Bu “ünsürlərdən” biri də rusiyayönlü simpatiyada şübhəli bilinən Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıkov olub. Vəziyyətlə tanış olan mənbənin verdiyi məlumata görə, müharibə günlərində Türkiyə hakimiyyəti onun deportasiyasını təşkil edib, dindirmək üçün Türkiyəyə aparıb və yalnız bundan sonra Rusiyaya qayıtmasına icazə verib.”, – deyə jurnalist yazır.
Qeyd edək ki, 44 günlük müharibə zamanı da Azərbaycan cəmiyyətində Nəcməddin Sadıkovun Rusiyaya bağlı olduğu müzakirə edilirdi. Bu səbəbdən də onun Baş Qərargah rəisi vəzifəsindən azad edildiyi deyilirdi.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











