İstanbulda davam edən “IDEF 2025” sərgisi çərçivəsində Türkiyə ilə İndoneziya arasında 48 ədəd KAAN döyüş təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb.
Axar.az xəbər verir ki, müqaviləni Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri Haluk Görgün, Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) İdarə Heyətinin sədri Ömər Cihad Vardan və İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin imzalayıb.
Mərasimdə çıxış edən Haluk Görgün bu razılaşmanın Türkiyənin Cümhuriyyət tarixində müdafiə sənayesi sahəsində bağlanmış ən böyük ixracat müqaviləsi olduğunu bildirib.
Ölkəsinin müdafiə sənayesində yerli istehsal payının 83 faizə yüksəldiyini vurğulayan Görgün həyata keçirdikləri layihələr, hazırlanan sursatlar və digər sistemlərlə bağlı bir çox rekorda imza atdıqlarını, bir çox ölkə ilə müqavilələr bağladıqlarını bildirib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











