“Əbu Malik” kod adı ilə xaricdə fəaliyyət göstərən və Azərbaycan vətəndaşlarını əməkdaşlıq üçün xarici xüsusi xidmət orqanlarına təhvil verən və bundan imtina edildiyi halda bu ölkələrdə onların tutulmasında iştirak edən şəxs müəyyən edilərək saxlanılıb.
Oxuməni.az-ın “1news.az”-a istinadən verdiyi xəbərə görə, bu barədə 2025-ci il iyulun 18-də keçirilən məhkəmə iclasının materiallarından məlum olub.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində 2022-ci ilin sentyabr ayından “Əbu Malik” təxəllüsü ilə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxsin Azərbaycan vətəndaşı Əliyev Məhəmməd Şirin oğlu olması müəyyən edilib.
Bu cinayətləri xarici dövlətin ərazisində törətmiş M.Əliyev DTX əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində tutularaq Azərbaycana gətirılıb və burada məhkəmə qarşısına çıxarılıb.
Məlum olub ki, A.Əliyev öz ətrafında radikal dini cərəyanlara meylli şəxslərdən təxribat-terrorçu qrup yaratmağa, vətəndaşları tələyə salmağa cəhd edib. Nəhayət, o, DTX əməkdaşlarının təşkil etdiyi əməliyyat tələsinə düşüb.
DTX -da davam edən cinayət işi çərçivəsində M.Əliyev Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib və Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azerbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











