“ABŞ Ermənistana sülh müqaviləsi ilə bağlı təzyiq edir”.
Oxuməni.az “Globalinfo.az”a istinadla xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
“İyulun 20-dən sonra Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin Dubayda görüşəcəyi ilə bağlı təsdiqlənməmiş xəbərlər var. Mənbələrimiz bildirirlər ki, ABŞ-ın təmsil olunduğu kollektiv Qərb bu görüşdə çox maraqlıdır. Onlar Dubayda sülh sənədinin imzalanmasını istəyirlər”, – deyə bildirilib.
Nəşr qeyd edib ki, Tramp administrasiyası Zəngəzur dəhlizinə nəzarətlə bağlı İrəvan və Bakıya təkliflər göndərib:
“Burada dəhlizə ABŞ və ya onların seçdiyi təşkilat vasitəsilə nəzarət etmək variantı gündəmə gəlib”.
Qeyd edək ki, ötən həftə ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı İrəvana təklifi ortaya çıxmışdı. Belə ki, Donald Tramp administrasiyasının planına əsasən, koridor vasitəsilə yük daşımalarına nəzarət və idarəetmə ABŞ şirkətinə həvalə edilməlidir. Bidirilir ki, Ağ Evdə bu təşəbbüsə ehtiyatlı nikbinliklə yanaşılır.
Azərbaycanpolisi.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































