Liberiyanın gəmiçilik üzrə nümayəndə heyəti iyulun 8-də Beynəlxalq Dəniz Təşkilatının iclasında bildirib ki, bu ölkənin bayrağı altında üzən və Yunanıstan tərəfindən idarə olunan “Eternity C” adlı yükdaşıyan gəminin iki ekipaj üzvü Yəmən yaxınlığında pilotsuz uçuş aparatının və qayığın hücumu nəticəsində həlak olub.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, 2024-cü ilin iyun ayından etibarən Qırmızı dənizdə gəmiçiliklə bağlı ilk hadisə olan gəmidəki bu ölümlər həyati əhəmiyyət daşıyan dəniz dəhlizində hücumlar nəticəsində həlak olan dənizçilərin ümumi sayını altıya çatdırır.
Bazar ertəsi, iyulun 7-də Yəmənin Hodeyda limanından 50 dəniz mili cənub-qərbdə yerləşən “Eternity C” gəmisi ilə bağlı bu insident Qırmızı dənizdə 2024-cü ilin noyabrından bəri ticarət gəmilərinə edilən ikinci hücumdur. Hücumdan bir neçə saat əvvəl husi silahlı qruplaşması Yəmənin cənub-qərbində Liberiya bayrağı altında üzən “MV Magic Seas” tankerinə hücumun da məsuliyyətini üzərinə götürərək gəminin batdığını bildirib.
Mənbələrin “Reuters”ə verdiyi məlumata görə, göyərtəsində 22 ekipaj üzvü - 21 filippinli və bir rus olan “Eternity C” gəmisi pilotsuz uçuş aparatı və qayıqlardan atılan reaktiv qumbaraatanlarla hücuma məruz qalıb. Çərşənbə axşamı günü bir dəniz monitoru da zədələnmiş yük gəmisinin Qırmızı dənizdə davamlı hücuma məruz qaldığını əks etdirib. Qeyd edilib ki, o, ciddi zərər görüb və bütün hərəkət qabiliyyətini itirib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











