Ukraynanın “Patriot” raketlərinə ehtiyacı var.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Air Force One" təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablandıran ABŞ lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxşı telefon danışığının olduğunu söyləyib.
Zelenskinin xahişi ilə Ukraynaya daha çox “Patriot” raketləri verilib-verilməyəcəyi ilə bağlı sualı cavablandırarkən Tramp bildirib ki, güclü zərbələrə məruz qalan Ukraynanın müdafiə olunmaq üçün bu silahlara ehtiyacı var.
Atəşkəs perspektivlərinə gəlincə, Tramp vəziyyəti “çox çətin” adlandırıb.
ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinin müharibəni dayandırmaq istəməməsindən məyus olduğunu bildirib.
Onun sözlərinə görə, Putin “daha da irəli getməkdə və insanları öldürməyə davam etməkdə qərarlı görünür”.
Tramp Ukraynanın “Patriot” raketləri tələbi ilə bağlı Almaniya Kansleri Fridrix Merts ilə danışdığını sözlərinə əlavə edib.
Azərbaycanpolisi.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi






































.jpg)












