Azərbaycanda temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir.
Oxuməni.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, artıq bir-neçə gündür Qərbi Avropa isti hava dalğalarının təsiri altındadır.
"Əksər ərazilərdə temperatur 40 dərəcənı aşıb və rekord göstəricilər yenilənib. Xüsusilə İspaniya, Portuqaliya, İtaliya və Yunanıstanda kəskin istilər hökm sürür. İspaniyanın cənubunda hətta 46 dərəcə temperatur qeydə alınıb".
G.Məmmədova deyib ki, ölkəmizdə isə şimal axınlarının təsiri nəticəsində son günlər mülayim və nisbətən sərin hava şəraiti müşahidə olunur:
"Gələn həftənin ikinci yarısından başlayaraq isə ölkə ərazisində cənub axınlarının üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi və normadan yuxarı olacağı gözlənilir. Belə ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35, Aran rayonlarında 39, dağətəyi rayonlarda 35, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olacağı proqnozlaşdırılır".
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











