İyulun 2-də Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları peşə bayramlarını – Polis Gününü qeyd edirlər.
1918-ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşir tərəfindən “Polisdə kadr təyinatları haqqında Tərcümənamə” imzalanmış və bu, gənc respublikanın milli polisinin yaradılmasına əsas olmuşdur.
Daxili İşlər Nazirliyinin vahid sistemini təşkil edən Polis və Daxili Qoşunlar Ermənistan-Azərbaycan münaqişəsinin ilk günlərindən ölkəmiz və xalqımız üçün ən ağır anlarda Vətənin ərazi bütövlüyünü mərdliklə müdafiə ediblər.
Bu döyüşlərdə 1695 əməkdaş və hərbçi şəhid olub, 76 nəfər Milli Qəhrəman adına layiq görülüb.
2020-ci ilin payızında Azərbaycan torpaqlarının uzunmüddətli erməni işğalından azad edilməsi ilə başa çatan zəfərli Vətən müharibəsinin şanlı günlərində polis əməkdaşları da özlərini qəhrəmancasına göstəriblər.
Polis haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Polis haqqında” Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Azərbaycan polisi ictimai asayişi qorumaq, vətəndaşların təhlükəsizliyini təmin etmək, qanunları, insan hüquq və azadlıqlarını qorumaq üçün hər şeyi edir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











