Rusiya Azərbaycana nota verdi

Rusiya Azərbaycana nota verdi

"Bakının qeyri-dost hərəkətləri, o cümlədən respublikanın paytaxtında rusiyalı jurnalistlərin saxlanması"fonunda Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə etiraz notası təqdim edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Bakının son qeyri-dost hərəkətləri, Azərbaycan tərəfinin ikitərəfli münasibətləri pozmaq üçün düşünülmüş addımları ilə bağlı səfirə etiraz edilib”, - deyə məlumatda qeyd olunur.

Rusiya XİN-in məlumatına görə, bu tədbirlərə aşağıdakılar daxildir: “Dövlətlərarası dialoq çərçivəsində yüksək səviyyəli tədbirlərin ləğvi, hakimiyyətin təhriki ilə Azərbaycan mətbuatında aparılan rusofobik kampaniya, Azərbaycan hüquq-mühafizə orqanlarının "Sputnik Azərbaycan" xəbər agentliyi və onun əməkdaşlarına qarşı qəbuledilməz hərəkətləri, o cümlədən uşaq yaradıcılıq qrupları ilə bütün mədəniyyət tədbirlərinin ləğvi”.

“Azərbaycanın diplomatik nümayəndəliyinin rəhbərinə Bakıda saxlanılan rusiyalı jurnalistlər (İqor) Kartavıx və (Yevgeni) Belousovun dərhal həbsdən azad edilməsi tələbi ilə şifahi nota təqdim edilib”, - XİN-dən bildiriblər.

Azərbaycan səfiri ilə görüşü xarici işlər nazirinin müavini Mixail Qaluzin keçirib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2025.07.03

2025.07.02

Təbrik Təbrik 2 İyul 16:27

2025.07.01

2025.06.30

2025.06.29

2025.06.28

2025.06.27

2025.06.26

2025.06.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2025 © Azerbaycanpolisi.az