İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin yüksək rütbəli zabiti Behnam Şəhriyari İsrailin İranın qərbində bugecəki hava hücumu nəticəsində öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.
Bildirilib ki, Şəhriyari İranın vəkil qruplarına, xüsusilə Hizbullaha gizli şəkildə silah ötürülməsinə cavabdeh olan Qüds qüvvələrinin 190-cı bölməsinə rəhbərlik edib.
O, avtomobillə hərəkət edərkən İsrail ordusunun hədəfinə çevrilib.
“İsrail 2009-cu ildən Şəhriyarini hədəf almağa çalışır. 190-cı bölmə İranın Livanda Hizbullahı, Qəzzada Fələstin terror qruplarını və Yəməndə Husiləri silahlandırmaq səylərinə cavabdeh olub. Şəhriyari İran rejimindən onun Yaxın Şərqdəki müvəkkillərinə bütün silahların ötürülməsinə cavabdeh idi”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, İsrail Katz bundan öncə oktyabrın 7-də törədilən qırğına hazırlıq zamanı HƏMAS-ı maliyyələşdirən və silahlandıran SEPAH-ın Qüds Qüvvələrinin Fələstin korpusunun komandiri Məhəmməd Səid İzadinin Qum şəhərindəki mənzilində qətlə yetirildiyini açıqlamışdı.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“









































.jpg)

.jpg)










