Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilən, ləğv olmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi general-mayor Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satışa çıxarılaraq satılıb.
Yenisabah.az Gununsesi.info-ya istinadən xəbər verir ki, generalın əmlakının satışından əldə olunan pul vəsaitləri ondan şikayətçi olan bir qrup zərərçəkənə ödənilib.
Belə ki, sözügedən zərərçəkənlərdən biri də, bir neçə il əvvəl yaşadığı vaqonda vəfat edən keçmiş milyonçu Rəhman Məliklidir. O, həmin şəxsə böyük məbləğdə borclu olsa da, ona 550 min manat ödənilib.
Məlumata görə, Rəhman Məlikli ölümdən əvvəl pulunu alıb.
Mövlam Şıxəliyevin əmlakının satışından gələn vəsaitin bir hissəsi də əslən Naxçıvandan olan iş adamı Hüseyn Səfərova verilib.
Şıxəliyevə qarşı 2 milyonluq iddiası olan Səfərova 250 min manat ödənilib.
Azərbaycanpolisi.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































