Vətəndaşların nəzərinə

Vətəndaşların nəzərinə



Nəqliyyatın hərəkətinin intensiv olduğu yollarda küçə ticarətinin həyata keçirilməsinin yolverilməzliyi haqda dəfələrlə xəbərdarlıq edilməsinə və görülən inzibati tənbehlərə baxmayaraq, son dövrlər yol kənarlarında müxtəlif məhsulların satışının artdığı müşahidə olunur.
İlk baxışda sadə ticarət forması kimi görünən bu cür fəaliyyətlər əslində vətəndaşların həm özləri, həm alıcılar, həm də yol hərəkətinin digər iştirakçıları üçün real təhlükə mənbəyidir.
Nəqliyyat axınının intensiv və sürətli olduğu yollarda avtomobillərin dayanması, insanların yola çıxması da sürücü və piyadalar üçün ciddi risklər doğurur, eyni zamanda ağır yol-nəqliyyat hadisələrinə səbəb olur.
Nəzərə alınmalıdır ki, yollar yalnız nəqliyyat vasitələri üçündür, bu yerlərdə ticarət məqsədilə dayanma və piyadaların hərəkəti qadağandır.
Küçə ticarətinin yay mövsümü ilə əlaqədar insanların bölgələrə istirahətə üz tutduğu bir şəraitdə aparılması isə daha böyük təhdidlər yaradır və belə hallarda baş vermiş yol-nəqliyyat hadisələri faciə ilə nəticələnir.
Xahiş edirik ki, ticarət fəaliyyətinizi yalnız müvafiq dövlət qurumlarının müəyyən etdiyi yerlərdə həyata keçirəsiz.
Bir daha qanunvericiliyin tələblərinə riayət etməyə, özünüzün və başqalarının həyatını təhlükəyə atmamağa çağırırıq.
Məlumatı mia.gov.az yayıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2025.06.19

2025.06.18

2025.06.17

2025.06.16

2025.06.15

2025.06.14

2025.06.13

2025.06.12

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2025 © Azerbaycanpolisi.az