
Oxuməni.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, onun ölümünə səbəb xərçəng xəstəliyi olub. B.Ağəmmədov metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən qəbiristanlıqda dəfn edilib.
Məlum olub ki, o, ötən il paytaxtın 40 saylı marşrut xəttində avtobus sürücüsü işləyib. Həmin şəxs təhlükəli sürmə tərzi, sərnişinlərə qarşı kobudluğu və qeyri-adekvat davranışı ilə ictimaiyyətin diqqətini cəlb edib.
Əvvəllər o, dəfələrlə cinayət məsuliyyətinə cəlb edilib və özü narkotik aludəçisi olduğunu bəyan edib.
Onun haqqında “Youtube” üçün video çəkən bloger Nail Kəmərli “Qafqazinfo”ya açıqlamasında B.Ağəmmədovun vərəm daşıyıcısı olduğunu deyib.
Azerbaycanpolisi.az