İran İsrailin iri hava hücumlarına cavab verib. İsrailə doğru 100-dən çox pilotsuz uçuş aparatı buraxılıb.
Oxuməni.az-ın “Times of Israel” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Ordusunun rəsmi nümayəndəsi Effi Derfin bildirib.
"Ordu onları vurmağa çalışır", - o qeyd edib.
İlkin olaraq Şahed-136 PUA-ları İsrailə tərəf göndərilib. Derfinin sözlərinə görə, dronlar hədəfə çatana qədər bir neçə saat uçmalı olacaqlar.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında İran ərazisinə zərbələr endirib.
İsrailin müdafiə naziri İsrael Kats ölkəsinin İrana “önləyici zərbə” endirdiyini və ölkə sakinlərinə İran tərəfinin qaçılmaz cavab hücumu ehtimalı barədə xəbərdarlıq etdiyini bildirib. Bununla əlaqədar o, ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə göstəriş verib.
"İsrail dövlətinin İrana qarşı qabaqlayıcı zərbəsindən sonra, yaxın gələcəkdə İsrail dövlətinə və onun mülki əhalisinə raket və pilotsuz təyyarələrdən istifadə etməklə hücum gözlənilir", - nazir “Ynet” portalına istinadən verdiyi açıqlamada bildirib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“









































.jpg)

.jpg)










