Bakıda sənədsiz evlərin sayı 500 mini ötübsə, rayonlarda bu rəqəm daha çoxdur.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü Arzuxan Əlizadə deyib.
O qeyd edib ki, sənədsiz evləri sığortalamaq mümkün deyil: "Məsələn, payız-qış mövsümündə yağan leysan yağışlar nəticəsində Sabunçu qəsəbəsində bir çox evləri su basıb. Yaşayış sahələrinə ciddi ziyan dəyib. Bu ərazidə 30-dan çox zərərçəkmişlə görüşsək də, su basmış evlərin lazımi sənədləri olmadığından onlara heç bir köməklik göstərə bilmədik".
Deputat qeyd edib ki, neftlə çirklənmiş evlərin su altında qalması vəziyyəti daha da çətinləşdirib: "Bu evlərin böyük əksəriyyəti Balaxanı kəndinin neft quyularından qrunt sularının axdığı kanalların üzərində tikilib. Bu kanalların təmizlənməsi ilə yanaşı, sənədsiz evlərin problemini də həll etmək lazımdır".
Azərbaycanpolisi.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































