Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü 1 il müddətinə sürücülük hüququndan məhrum edilib, həmçinin 15 sutka inzibati qaydada həbs olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "VAZ 2107" markalı avtomobilin sürücüsü Mahir Namiq oğlu Məmmədlinin Ələt-Astara magistral avtomobil yolunda ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə dair sübutlar toplanıb.
Araşdırma zamanı məlum olub ki, M.Məmmədli nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edib və həmin təhlükəli hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. Onun törətdiyi hərəkətlər digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.
Toplanmış materiallar məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə Mahir Məmmədli 1 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilib, eyni zamanda 15 sutka inzibati qaydada həbs olunub.
Azərbaycanpolisi.az
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































