Qurban Bayramında minlərlə heyvan kəsilərək paylandı. Bayram günlərində ətə olan tələbat artsa da, indi bazarda vəziyyət dəyişib. Artan təklifin qiymətlərə necə təsir etdiyi isə maraq doğurur.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Natiq Cəfərli ət bazarındakı son durumu dəyərləndirib:
"Azərbaycanda qurban bayramı öncəsi təbii ki, tələbatın artması ilə bağlı qiymətlərdə artır, lakin qiymət artımının digər təməl səbəbləri də var. Son 2 ildə xırdabuynuzlu mal-qaranın sayında 900 mindən çox azalma var. Təbii olaraq, xırda və iribuynuzlu mal-qara azaldıqca, ətin qiymətlərində dəyişiklik müşahidə olunur. Əhali sayı artır, ölkəyə gələn qonaqların sayı artır və nəticə etibarilə təəssüf ki, qiymətlərin də yüksəlməsi müşahidə olunur.
Digər səbəblərdən biri isə yem qiymətlərinin bahalaşmasıdır. Bu amillər ətin qiymətindəki kəskin dəyişikliyə səbəb olur. Son 12-13 il ərzində ətin qiymətləri 2,5 dəfə artıb. Bu artım kifayət qədər ciddi bir artımdır''.
Ekspert bildirib ki, işğaldan azad olunmuş ərazilərdə heyvandarlığın inkişafı üçün əlverişli şərait mövcuddur:
''İşğaldan azad olunmuş ərazilərimizdə mal-qara saxlamaq üçün olduqca münbit şərait var. Əgər orda fermerlərin işləməsi üçüb yaxşı şərait qurularsa bir neçə ildən sonra xırdabuynuzlu və iribuynuzlu malqara sayının artması gözləniləndir. Bazarda təklif artdıqca qiymətlərin sabitlənməsi hətta azalması müşahidə oluna bilər".
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











