“Peking to Paris Motors Challenge” yenidən Azərbaycanda - FOTOLAR

“Peking to Paris Motors Challenge” yenidən Azərbaycanda - FOTOLAR

Dünyanın ən həyəcanverici avtomobil yarışlarından biri olan beynəlxalq “Peking to Paris Motor Challenge” yarışı ikinci dəfə yolunu Azərbaycandan salır.

Teleqraf xəbər verir ki, retro avtomobillərin yürüşü Gənclər və İdman Nazirliyinin, Azərbaycan Avtomobil Federasiyasının və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə təşkil olunur.

“Peking to Paris Motors Challenge” – XX əsrin avtomobil əfsanələri və onların heyətləri üçün əsl sınaqdır. 37 gün ərzində iştirakçılar 12 ölkədən keçərək 14 500 kilometr məsafə qət edəcəklər. Yarış 17 may tarixində Böyük Çin səddində start götürüb və Çin, Monqolustan, Qazaxıstan ərazilərindən keçərək artıq Azərbaycana çatıb.

Avtomobil həvəskarları bu nadir retro avtomobilləri Dənizkənarı Milli Parkda, “Yeddi Gözəl” fəvvarəsinin önündəkeçirilən sərgi zamanı yaxından izləyə biliblər. Tədbirdə yürüşün ən “qocaman” iştirakçısı — 1917-ci il istehsalı “American LaFrance Type 10”, ən “gənc” avtomobil isə 1984-cü ilistehsalı “Toyota Hilux” təqdim olunub.

İyunun 9-u isə Heydər Əliyev Mərkəzinin qarşısından yarışın Azərbaycandakı mərhələsinə start veriləcək. Bu mərhələ Qobustan, Şamaxı, Acınohur-Ceyrançöl düzünü və Azərbaycanın digər füsunkar bölgələrindən keçərək Qax şəhərində başa çatacaq. Azərbaycan ərazisində yarışda 55 retro avtomobil iştirak edir. 10 iyun tarixində iştirakçılar ölkəni tərk edərək Gürcüstan və Türkiyənin maraqlı marşrutları üzrə hərəkətlərini davam etdirəcəklər. Ardınca Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya və İsveçrə ərazisindən keçərək, yarışın son dayanacağı olan Fransaya doğru yola çıxacaqlar.

Xatırladaq ki, “Peking to Paris” avtomobil yürüşü ilk dəfə 1907-ci ildə baş tutub və yarış tarixində ikinci dəfədir ki, Azərbaycan ərazisindən keçir.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az