Türkiyənin tanınmış aktrisası, “Hercai” serialında Keriman obrazı ilə tanınan Eylem Tanrıver estetik əməliyyat zamanı ciddi sağlamlıq problemi ilə üzləşib.
Yenisabah.az xəbər verir ki, aktrisa əməliyyat zamanı düzgün mövqedə saxlanmadığı üçün sinirlərində zədələnmə baş verib və nəticədə qismən iflic vəziyyətinə düşüb.
Tanrıver hadisə ilə bağlı TV100-ə verdiyi müsahibədə bildirib ki, əməliyyata böyük ümidlərlə girib, lakin çıxışda hər iki ayağında iflic olduğunu hiss edib: “Gülə-gülə girdiyim əməliyyatdan iflic halda çıxdım. Yaralarım açıldı, infeksiya baş verdi. Mənə heç bir yardım göstərmədən, öz gücümlə, yaralı halda evə getməyə məcbur oldum”.
Aktrisa əməliyyat müddətində təxminən 6 saat “qurbağa ayağı” vəziyyətində saxlandığını deyib. Onun sözlərinə görə, bu mövqe sinirlərə ciddi zərbə vurub və geri dönməz nəticələrə səbəb olub.
Baş verənlərdən sonra hüquqi proses başladılıb. Tanrıver məsələ ilə bağlı məhkəməyə müraciətində cavabdeh şəxslərin cəzalandırılmasını tələb edib. O qeyd edib ki, bu hadisə yalnız sağlamlığını deyil, eyni zamanda karyerasını və ailə həyatını da alt-üst edib: “Həyatımdan illər oğurlandı. Bu müddətdə uşağımın imtahanlarına belə qatıla bilmədim”.
Hazırda aktrisanın müalicəsi davam edir və vəziyyətinin tam bərpa olunub-olunmayacağı hələlik məlum deyil.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü























































