Hər il dünyada təxminən 420 min insan təhlükəli və ya çirklənmiş qidanın istehlakı səbəbindən həyatını itirir.
Azərbaycanpolisi.az "Report"-a istinad edərək xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfransda məlumat verib.
Onun sözlərinə görə, hər il təxminən 600 milyon insan qida mənşəli xəstəliklərə yoluxur:
"Bu təhlükədən daha çox əziyyət çəkənlər beş yaşdan kiçik uşaqlardır. Onlar qida mənşəli xəstəliklərdən əziyyət çəkənlərin 40 faizini təşkil edir. Hər il təxminən 125 min uşaq bu səbəbdən dünyasını dəyişir".
Sədr müavini vurğuıayıb ki, bu faciəvi statistikadır:
"Bu, onu göstərir ki, təhlükəli və çirklənmiş qida təkcə insan sağlamlığı üçün yox, həm də iqtisadi rifah üçün təhlükə yaradır".
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











