Mayın 16-da Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci iclası keçirilib. Bu, komissiyanın sayca sonuncu iclası olub. Müsbət rəy verilənlərin siyahısı artıq dövlət başçısına təqdim edilib. İndi isə hər kəs əfvlə bağlı sərəncamın hansı tarixdə veriləcəyini gözləyir.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, əfvlə bağlı sərəncamın mayın 28-i və ya 29-u elan ediləcəyi gözlənilir:
“Biz, həmişəki kimi, öz siyahımızı vermişik, çox adamın adını yazmışıq. Amma bilirsiniz ki, hər şey komissiyadan və Prezidentdən asılıdır.
Çox istəyərdik ki, yazdığımız adamların hamısı azadlığa çıxsın. Ən əsası da siyasi motivlərlə həbsdə olanlar. Çox adam zəng vurur, soruşur. Ümidlərimiz böyükdür. Əfvlə bağlı sərəncam gələn həftə, mayın 28-i və ya 29-u verilə bilər”.
Azərbaycanpolisi.az
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































