İran tərəfi Orxanın atasına edam kəndirini çəkməsini təklif edib

İran tərəfi Orxanın atasına edam kəndirini çəkməsini təklif edib

Bu hadisəni iki ildir gözləyirdik. Çünki oğlumun qatilinin həyatda olması bizim üçün ən ağır cəza idi. Mən özümü bağışlaya bilmirdim ki, övladımın qatili sağ-salamatdır.
Bu sözləri Axar.az-a Azərbaycanın İrandakı səfirliyinə terror hücum zamanı həlak olan Orxan Əsgərovun atası Rizvan Əsgərov hücum edən Yasin Hüseynzadənin bu gün edam olunmasına münasibət bildirərkən deyib.
Rizvan Əsgərov bildirib ki, bu gün həmin şəxs öz layiqli cəzasını alıb:
“Bu, həm mənim, həm də ailə üzvlərimizin bir qədər təskinlik tapmasına səbəb oldu. Nəhayət, oğlumun qatili layiq olduğu cəzanı aldı. Bu cəzanın verilməsində, edamın həyata keçirilməsində, günahkarın cəzalandırılmasında ölkə rəhbərliyinə, hörmətli Prezidentimizə öz minnətdarlığımı bildirirəm. Onun qəti tələbi olmasaydı, İran bu məsələni uzatmaqda davam edəcəkdi. Məhz onun tələbindən sonra edam hökmü icra olundu”.
O qeyd edib ki, proseslə bağlı daim məlumatlı olub:
“Edamın nə vaxt həyata keçiriləcəyini bilirdim. Sadəcə, elə informasiyalar var ki, onu əvvəlcədən bölüşmək mümkün olmur. Edamda iştirakla bağlı isə belə bir məsələ qaldırıldı ki, gərək atası kəndiri çəksin. Amma Azərbaycanda ölüm hökmü yoxdur və bir Azərbaycan vətəndaşının gedib başqa ölkənin vətəndaşının ölüm hökmünü icra etməsi qanuna ziddir. Sonradan məsələ İran tərəfi ilə müzakirə olundu, səfirliyimizin nümayəndələri və bizim tərəfimizdən vəkil iştirak etdi. Əmin olduq ki, həmin terrorçu öz layiqli cəzasını aldı”.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az