Gürcüstanın Daxili İşlər Nazirliyi Azərbaycan vətəndaşı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin tutulduğunu açıqlayıb.
“Report”un məlumatına görə, rəsmi məlumatda bildirilir ki, 1971-ci il təvəllüdlü şübhəli şəxs avtomat silahdan istifadə etməklə qəsdən adam öldürmə, habelə qanunsuz olaraq odlu silah saxlamaq ittihamı ilə həbs edilib. Cinayət üç il əvvəl törədilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 236-cı (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə aparılır.
Xatırladaq ki, mayın 6-da Keşəli (Saqareco rayonu) kəndindən olan Aydin Həmzəyevin ailəsi və yaxınları Tbilisidə Baş Prokurorluğun binası qarşısında qatilin cəzalandırılması tələbi ilə aksiya keçiriblər.
Saxlanılan şəxsi 15 ilə qədər həbs gözləyir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“















































.jpg)

.jpg)




