Mayın 4-ü gecə saatlarında Moskvada yaşayış binasında iki mənzilin dağılması ilə nəticələnən qəribə partlayışın sensasion təfərrüatı məlum olub.
Axar.az xəbər verir ki, bu barədə “VÇK-OQPU” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, partlayış olan mənzillərin birində Vladimir Putinin Valdaydakı iqamətgahında xidmət edən elektrik mütəxəssisi Mixail Muxin yaşayıb. Hansı ki həmin iqamətgahda Alina Kabayeva uşaqları İvan və Vladimirlə yaşayır:
“İşlə bağlı bütün materialları məxfiləşdiriblər, hətta həkimlərə Mixailin xəsarətləri barədə yaxınları ilə müzakirə aparmaq qadağan edilib. Partlayışın səbəbi ciddi şəkildə gizlədilir. Muxin kənardan gələn mütəxəssis kimi 2024-cü ilin sonunda Putinin Valdaydakı iqamətgahında işıqlandırma sisteminin dəyişdirilməsi işlərinə rəhbərlik edib. O, tanışlarına yenidən Valdaydakı iqamətgaha çağırıldığını və çərşənbə günü (mayın 7-də) mütləq ora getməli olduğunu deyib. Mayın 4-nə keçən gecə isə Muxinin yaşadığı mənzildə güclü partlayış baş verib. Üstəlik, şahidlərin sözlərinə görə, hadisədən sonra girişdən qaz yox, barıt qoxusu gəlib. Ağır bədən xəsarətləri alan Muxin naməlum təcili yardım maşını ilə hadisə yerindən gizli şəkildə əvvəlcə Sklifə, sonra isə yanıq mərkəzinə yerləşdirilib. Onu keçmişdə birgə yaşadığı Yana Tixomirova tanıyıb. Qadın iki ay əvvəl General Tülenev küçəsindəki binada yaşadığı mənzildən köçüb. Mixail Muxinin bədənində çoxsaylı yanıqlar var və o, komadadır”.
Azərbaycanpolisi.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































