Daxili İşlər Nazirliyi kibertalamalarla bağlı vətəndaşlara çağırış edib.
Oxuməni.az xəbər verir ki,bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.
"Dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək “mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin” deyə, sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər.
Hətta görüntülü zəng etməklə sizi daha da özünə inandırıb yönləndirə, təlimatlar verib telefonunuzun dilini dəyişdirərək kartınızdakı pulu oğurlaya bilərlər.
Bir daha qeyd edirik ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının məxfi şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron məktub göndərmir. Hansısa şübhəli əməliyyat aşkarladıqda, hətta sistemdə çətinliklər yaransa belə heç bir bankın əməkdaşının sizdən məxfi kart məlumatlarını soruşmağa ehtiyacı yoxdur.
Bank əməkdaşı sizdən yalnız kartınızın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqənizin FİN kodunu istəyə bilər. Anlamalıyıq ki, bank kartınızın tam nömrəsini, PİN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, sizə SMS göndərən şəxslər dələduzlardır. Onlara inanmayın, şübhələndiyiniz ilk anda zəngi sonlandırın. Gəlin, kartınızın təhlükəsizliyini birgə qoruyaq!", - çağırışda bildirilib.
Azərbaycanpolisi.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































