Qəzza şəhərində yaşayış binası İsrail qüvvələri tərəfindən atəşə tutulub.
Report xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrailin atdığı mərmi mənzillərdən birinə düşüb, nəticədə 7 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatının silahlı tərəfdarlarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərini öldürməsi və girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və girovların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb.
Martın 18-də İsrail ordusu anklavda hərbi əməliyyatları bərpa edərək ora kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında əldə edilmiş atəşkəsi pozub. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın danışıqlar zamanı vasitəçilər və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff tərəfindən irəli sürülən təklifləri rədd etməsi ilə izah edərək, Qəzzada əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib. Radikallar hərbi əməliyyatların yenidən başlamasına görə bütün məsuliyyətin İsrail və ABŞ-nin üzərinə düşdüyünü açıqlayıb.
Azərbaycanpolisi.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































